?

Log in

No account? Create an account
Tərəqqipərvər. İlqar Məmmədovun bloqu, Est. 2006
Adam kimi inqilab, insan simalı dövlət.
Dilqəm və Şahbazın ailələri bunları bilməlidir. 
12-08-2017 12:07
       
          Dilqəm və Şahbazın işi üzrə ərizə Avropa Məhkəməsinə lazımi keyfiyyətdə hazırlanmışdırsa, 2018-də Məhkəmə onların xeyrinə qərar verəcək. Hazırda ikicə şərhim var.
       Birincisi, mənim işimə dair Avropa Məhkəməsinin 2014-də verdiyi qərarını 3 ildir icra etməyən Əliyev rejimi, Sarqsyan rejiminə artıq gözəl bəhanə yaradıb ki, Dilqəm və Şahbazı 2018-dən sonra da azı 3 il sərbəst buraxmasın.
       İkincisi, Əliyev üçün məni içərdə saxlamaq Şahbaz və Dilqəmi işğalçıların əsirliyindən qurtarmaqdan daha vacibdir. Odur ki, dövlətin dəstəyi ilə hazırlanmış kimi görünən sözü gedən ərizə Dilqəm və Şahbazı Avropada qəsdən uduzdurmaq sonra isə Avropa Məhkəməsinin “ədalətsizliyi” haqda səs-küy salmaq məqsədini güdə bilər.
This page was loaded Feb 23rd 2018, 8:27 am GMT.