?

Log in

No account? Create an account
Tərəqqipərvər. İlqar Məmmədovun bloqu, Est. 2006
Adam kimi inqilab, insan simalı dövlət.
PARTIYAYA DOĞRU 
03-10-2016 01:05
Həbsxanadan bəzi məsələlərə baxanda məlumat azlığı səbəbilə onlara tam düzgün qiymət vermək olmur. Məsələn, Respublikaçı Alternativi bəlkə də daha sürətlə partiyaya çevirmək gərək idi. Doğrudur, bu məsələdə idarə heyəti Azər Qasımlıya səlahiyyətlər verib. Ancaq əslində ona əməlli kart-blanş verilməli və iş sürətləndirilməlidir. Bu baxımdan Azər Qasımlıya öz tərəfimdən kart-blanş verirəm. Onun partiya quruculuğu planı ilə tanışam və bəyənirəm. Bundan sonra  hesab edin ki, partiyalaşma mövzusunda danışanda mən danışıram, iş görəndə mən iş görürəm. İnanıram ki, bu səlahiyyətdən Azər Qasımlı həmişəki kimi yüksək məsuliyyəti və peşəkarlığı ilə istifadə edəcək.



İlqar Məmmədov
This page was loaded Dec 18th 2017, 10:56 am GMT.