Gördüyüm odur ki, Qubada başlayan hadisələr davam etməlidir. Çünki Rauf Həbibov İlhamın xidmətində olan yeganə debil məmur deyil. İlhamı debil məmurlardan asılı hala salan onun hakimiyyət hərisliyidir. Deyirdik ona, ki üçüncü müddət məsələsini yığışdır, cəmiyyətləri idarə edən təməl qanunlardan üstün deyilsən. Dinləmədi. Əli Həsənov kimi, Əli Əhmədov kimi idiotlarla özünü əhatə edəndə, Ziya Məmmədovun asfaltının qalınlığını şəxsən özü ölçəndə belə də olmalı idi. Başqa rayonlarda olmayacaq belə şeylər? Olacaq, daha da şiddətlisi. Nə isə, inqilab olasıdırsa, adam kimi inqilab üçün çalışmalıyıq, daha icra başçısının evini yandırmağa ehtiyac yoxdur. "Adam kimi inqilab" oldu baş şüarım.