You are viewing [info]ilgarmammadov's journal

İlqar Məmmədovun bloqu, Est. 2006
Adam kimi inqilab.
Azərbaycan Fransa ilə müharibə haqqında düşünür 
17-02-2012 18:04
Prezident Administrasiyasının şöbə müdürü Novruz Məmmədov Türkiyədən gəlmiş jurnalistə deyir:

Soykırım’ yasasıyla ilgili olarak biz Fransa’ya Türkiye’den fazla tepki gösterdik, daha fazla çalıştık. Bana ikinci bir devlet gösterin bu konuda Türkiye’yi destekleyen. Ama Fransa’nın Minsk Grubu’ndan çıkarılması pratik olarak mümkün değil. İstesek de olmaz çünkü konsensüs lazım. Burada Türkiye bize diyor ki, “Fransa benim düşmanımdır, alakalarınızı kesin.” Bir de şöyle düşünün. Azerbaycan Fransa’yla bir muhabere ilan etmiş olsa, Türkiye kimin karşısında yer alır? Ne yazık ki, bellidir. Belli anlaşmalar vardır, NATO vardırhttp://www.haberturk.com/polemik/haber/716689-fransa-minskten-ciksin

Beləliklə, Azərbaycan Fransa ilə müharibə haqqında düşünürmüş.  Mümkün savaşın səbəbi bəlli deyil, amma Bakının bu istiqamətdə düşünməsi çox maraqlı haldır.  Fransa ilə müharibə ssenarisi prezidentin yanında hərtərəfli öyrəniləndən sonra məlum oldu ki, qardaş Türkiyə ilə savaşa girməmək üçün bu fikirdən əl çəkməliyik.  Ümumiyyətlə, Fransaya müharibəsiz-filansız təslim olsaq, NATO-dan asılı duruma düşmüş Türkiyəyə böyük xidmət göstərmiş olarıq.

Novruz Məmmədovu bir az danışdırmaq lazımdır, görək başqa hansı dövlətlərlə müharibə ssenariləri Prezident Administrasiyasında öyrənilir.  Məni şəxsən Hindistanla müharibə perspektivləri maraqlandırır.  2008-də dünyada ərzaq böhranı başlayanda Dick Cheney demişdi ki, hindistanlılar əvvəl gündə bir dəfə yemək yeyirdilər, indi iki dəfə yeyirlər deyə, dünyada qida çatışmazlığı yaranıb.  Hindistanın əhalisi çox sürətlə artır.  Kimsə onlarla müharibə eləməsə, yaxın zamanlarda Çini ötüb keçəcəklər.  Və onlar gündə üç dəfə yeməyə başlasalar, dünya ac qalacaq.  Odur ki, Azərbaycan təcili olaraq Hindistanla müharibə ssenarilərini diqqətdən keçirməlidir.

Amma yenə də anlamadım ki, Fransaya nədən ötrü müharibə elan edəcəkdik...
Comments 
17-02-2012 14:21 (UTC)
Bəs neyniyək, Ermənistanla müharibə edək? O da KTMT-nın (ODBK) üzvüdür. Hindistanla da müharibə edə bilmərik. Çünki Hindistanla da Qoşulmama Hərəkatında birlikdə təmsil olunuruq.
17-02-2012 16:00 (UTC)
Sovet vaxtının bir lətifəsi yadıma düşdü.

İsrail iqtisadi problemlərlə üzləşir, fəlakət qorxusu yaranır. Knessetdə qızğın debatlar gedir. Birdən deputatlardan biri təklif edir ki, gəlin ABŞ-a və SSRİ-yə müharibə elan edək. Həmkarlarının təəccüblü suallarna cavab olaraq deyir ki, ikinci dünya müharibəsində Almaniya bu iki fövqəldövlətlə məğlub oldu, indi onun bir hissəsini sovetlər, qalan hissəsini isə amerikalılar hər şeylə təchiz edir.

Deputatlar başlayırlar ideya müəllifini alqışlamağa. Amma gözlənilmədən səslənən bir sual hamını susmağa məcbur edir: bəs biz bu müharibədə qalib gəlsək?...
17-02-2012 17:11 (UTC)
+10))
Hər variantı hesablamağı,ancaqlar cuhudlar bacarar.
17-02-2012 17:48 (UTC)
bu lətifə lap yerində düşüdü. eşitməmişdim:)
17-02-2012 17:18 (UTC) - Fransaya nədən ötrü müharibə elan edəcəkdik?
1.Jak Şirak qudurmuşdu,özümüzü zorla saxladıq.
2.Sarkozi qudursa,birdən özümüzü saxlaya bilmədik.
Novruz müəllim də, cuhud kimi variantları nəzərdən keçirib.(spectat)
This page was loaded May 24th 2012, 10:20 am GMT.