Home
İqtidarın əksikliyini söyləyən çoxdur
amma Şah İlhama başlıca nöqsan deməyənlər əslində susurlar
Respublikaçı Alternativ 
25th-Dec-2008 09:00 am

Respublikaçı Alternativ (REAL) ictimai birliyinin təşəbbüs qrupunun

Bəyanatı

Bakı, 25 dekabr 2008-ci il

Yeni tarix Azərbaycanı müsəlman aləminin cumhurriyətçilik örnəyinə çevirsə də, ən yeni dövrdümüzdə onun şahidiyik ki, ölkəmizə tərəqqi və hörmət qazandırmış Respublikaçılıq dəyərləri gözdən salınır.  1918-ci ilin indikindən daha çətin bir şəraitində, inandıqları dəyərlərə sədaqəti cəsarətlə qoruyub saxlaya bilən Azərbaycan Xalq Cümhürriyətinin baniləri Respublikaçılıq ideallarını gələcək nəsillərə miras qoydular.  XX əsr, monarxların bir-bir yıxılması, respublika üsuli-idarəsinin zəfəri və danılmaz bəşəri uğurları ilə nəticələndi.  Ona görə, bu mirasdan imtina etməyə biz azərbaycanlıların indi nə mənəvi haqqı, nə də ağılabatan səbəbi var.

Hazırda Azərbaycan, çağdaş dövlətçilik modelindən sürətlə üzaqlaşır.  Orta əsrlərin Avropasında olduğu kimi, inhisarçılıq iqtisadi həyatımızın normasıdır.  Nəticə etibarı ilə, siyasi sistemdə də rəqabət mühiti yox dərəcəsinə enib.  Mədəni həyatımızın geriləməsi ən geniş dairələrdə etiraf olunur.  Azərbaycanın elmi, insanlığın qabaqcıl suallarına cavab axtarmaqdan, onun problemlərinin həllindən çox üzaq düşüb.  Təhsilimiz və ictimai şüurumuz dar, azadlığı rədd edən siyasi, iqtisadi, mədəni və sosial çərçivədə boğulmaqdadır.

Biz istədiyimiz inkişafın təməl daşları davamlı dəyişiklik, yeniləşmədir.  Onlar isə yalnız ədalətli rəqabət üstündə qurula bilər – biznesdən tutmuş seçkiyədək, müsiqidən tutmuş kinematoqrafadək, texnoloji inkişafdan tutmuş bankaçılığa qədər bütün sahələrdə rəqabətin indiki ədalətsiz durumu bizi çox qayğılandırır.  Ölkəmizi geriyə aparan rəqabətsizliyin bir effektiv alternativi varsa, bu da real Respublikadır.

O üzdən, biz, sözü gedən idealların yenidən fəal təbliğini qurmaq məqsədilə Respublikaçı Alternativ (REAL) adı altında ictimai birlik yaradırıq.

Inandığımız dəyərlər ölkəmizdə nə qədər tez yayılarsa, o qədər tez zamanda hələ Məmməd Əmin Rəsulzadənin çağırdığı “milli dirilik” gerçəkliyə çevriləcək.  Millət olaraq, indiyə qədərki uğurlarımıza görə tariximizin milli dirilik epizodlarına borcluyuq.  Gələcək qarşısında isə vəzifəmiz – həmin diriliyi millətimizin, insanlarımızın əsas özəlliyinə çevirməkdir.

REAL ictimai birliyinin ilk təqdimat konfransı 2009-cu il yanvarın 23-də Gəncə şəhərində keçiriləcək və bu haqda əlavə məlumat yayılacaqdır.

İlqar Məmmədov
Erkin Qədirli
Natiq Cəfərli
Şahin Abbasov
Emin Hüseynov
Aytən Qəhrəmanova

Заявление
инициативной группы общественного объединения Республиканская Альтернатива (РЕАЛ)

Баку, 25 декабря 2008 года

Новая история превратила Азербайджан в пример республиканского устройства для мусульманского мира. В новейшей же истории страны мы становимся свидетелями попыток дискредитации ценностей, принесших нам прогресс и уважение. В 1918 году, в условиях более тяжёлых чем сейчас, основатели Азербайджанской Народной Республики имели смелось сохранить верность своим республиканским идеалам, и оставили их в наследство будущим поколениям. В целом же, ХХ век стал веком, порушившим монархии одну за другой, веком торжества республикаснкого устройства и его неоспоримых цивилизационных достижений. Поэтому, мы, азербайджанцы, сейчас не имеем ни морального права, ни разумных оснований для отказа от данного наследия.

Азербайджан стремительно удаляется от современной модели государственности. Как и в средневековой Европе, частные монополии стали нормой экономической жизни. Как следствие, конкурентная среда практически исчезла из политической системы. Откат назад нашей культурной жизни признают в самых широких кругах. Азерабайджанская наука отброшена от передовых рубежей человеческой мысли и непричастна к решению цивилизационных задач. Узкие политические, экономические, культурные и социальные рамки, отрицающие свободу, имеют удушающий эффект на образование и общественное сознание.

Фундаментом же развития к которому стремимся мы, является последовательное изменение, обновление. Они возможны только при наличии справедливой конкуренции. Мы крайне озабочены несправедливым характером соперничества во всех областях – от бизнеса до выборов, от музыки до кинематографии, от технологического развития до банковского сектора. Единственно эффективная альтернатива данной вредной для страны ситуации, это - реальная Республика.

Исходя из этого, с целью развернуть вновь активное распространение идеалов республиканского устройства, мы создаём общественное объединение Республиканская Альтернатива (РЕАЛ).

Чем скорее найдут распространение в нашей стране идеалы, в которые мы верим, тем скорее станет реальностью «нацональная живость», к которой призывал ещё Мамед Эмин Расулзаде. Как нация, своими успехами мы обязаны тем эпизодам национальной живости, которые мы проявили в нашей истории. Задача же перед будущим – превратить эту живость в главную черту нашей нации и наших людей.

Первая публичная конференция общественного объединения «РЕАЛ» пройдёт 23 января в городе Гяндже, и об этом будет сообщено дополнительно.

Ильгар Мамедов
Эркин Гадирли
Натиг Джафарли
Шаин Аббасов
Эмин Гусейнов
Айтен Гахраманова

Comments 
25th-Dec-2008 12:26 am (UTC)
Maraqli teshebbusdur. Lap yarim milyonluq (sohbet vergi odeyicilerinin odediyi vesaitin prezident aparati terefinden mesref olunan hissesinden gedir)FASE-nin idare heyetine oxshadi. Bir-iki tanish adamin adi olmasaydi, lap ele bu fikirde olacaqdim. Incimeyin, indiki dovrde etibar ve inam chox deyerli bir sheydir ki, onu ele-bele hediyye edesen. Ishinizde ugurlar.

25th-Dec-2008 04:37 am (UTC)
Ughurlar olsun.Ictimai birlikden siyasi herekata kimi guclenmeyinizi arzulayiram.
25th-Dec-2008 05:24 am (UTC)
Gəncənin seçilməsi, məncə, çox simvolikdir. Digər regionlar ilə müqayisədə vətənpərvərlik ruhu o şəhərdə həmişə daha güclü olub.
25th-Dec-2008 07:35 am (UTC)
Dəstəkləyirəm. Uğur olsun!
25th-Dec-2008 09:57 am (UTC)
Nəhayət ki...
25th-Dec-2008 06:08 pm (UTC)
Natiq Cəfərlinində Sizinlə olması ugurun yarısıdır. Ümüdvaram strauslar axır ki başların qumdan çıxaracaqlar. Azadlığımızın bizdən aslı olması fikrinin bəyanatınızda görmaklə İlqar bəy Sizdə yanılmadığıma hədsiz sevindim. Hər an Sizinlə birlikdə olmağa hazıram.
25th-Dec-2008 08:53 pm (UTC) - uqurlar Ilqar bey
sizin yazilarinizi imkan olduqca izleyirem.Yeni teshebbus qrupunuza da uqurlar arzulayiram.Gence yeniden DIFAI yaratmali idi........Allaha emenet
25th-Dec-2008 09:17 pm (UTC)
Hamıya dəstəyə görə təşəkkür!

Bəzi başqa adamlar dərhal soruşur ki, REALa necə üzv olmaq mümkündür. İndi biz üzvlük siyasəti və başqa aspektlər üzərində işləyirik. Gəncədəki və digər tədbirimizdə onlar tədricən açıqlanacaq.
27th-Dec-2008 07:04 am (UTC)
готов подписаться под этим заявлением
27th-Dec-2008 05:19 pm (UTC)
Tesischiler hagginda gisa melumat verseydiniz yaxshi olardi.
28th-Dec-2008 12:31 pm (UTC)
Ictimai birlik ve ya herakat olmasi mahiyyetce ele de boyuk ferqi yoxdur.
Ideyani destekleyirem ve imkan olsa Genceye getmek isterdim.
29th-Dec-2008 07:12 pm (UTC)
Çox sağ olun. Bloqu izləyin - üzvlük siyasəti barədə xəbər verəcəyik. Gəncəyə səfərlə bağlı dəstək lazım olsa, xəbər verəcəyik.
29th-Dec-2008 09:40 am (UTC)
Удачи! К сожалению, до Гянджи не доберусь (Biləcəridən o yana gedən deyiləm!) - но если что-то будет в Баку, постараюсь принять участие.
6th-Jan-2009 09:34 pm (UTC)
Yes we can :)
7th-Jan-2009 10:29 am (UTC)
:) Amerikadakı qaralar üçün psixoloji baxımdan bu vacib şüar idi. Bizə daha uyğununu axtarırıq.
8th-Jan-2009 11:16 pm (UTC)
Əslində qara onlar deyil, bizlərik :) Məncə, bizim vəziyyətə uyğun şüar Obamanın ikinci və ən az birinci qədər məşhur çağırışı ola bilər: "Change" ("We need a change") (Onun bütün ideya və fikirləri bu sözlə bağlıdır). Burada Bakcell-in "Dəyişək, inkişaf edək" şüarı yada düşür. Ancaq ... İstənilən halda bizim ölkəmizdə, bizim cəmiyyətmizdə, bizim insanlarmızda dəyişikliklərə ehtiyac duyurlar. Özüdə çoxdan və şiddətlə. Təəssüf ki, dəyişməyi və dəyişilməyi çoxda sevən insanlar deyilik. Daxilmizdə bir az şərq konservatizmi var. Həddən ziyadə ehtiyatla davranırıq. Hərçənd, ehtiyat igidin yaraşığıdı. Bəlkə "Yeni" sözündən burada istifadə etmək yerinə düşərdi, lakin bu da YAP-ın ixtirasıdır. Yox, düşünmək lazımdır.

13th-Jan-2009 09:22 am (UTC) - youtube
Həmən görüşün digital kamerayla çəkilmiş videosunu youtuba qoymaq yaddan çıxmasın..
This page was loaded Nov 23rd 2009, 4:12 am GMT.